Dünya

Çinin neft emalını 15 faiz azaltdığı bildirilir

7 Fevral 2020 23:02
0 Şərh     Baxış: 6 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin xam neft emalını 15 faiz azaltdığı bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədəki neftayırma zavodları xam neftin emal həcmini təxminən 15 faiz azaldıb. Koronavirusla mübarizə aparan ölkənin qarşıdakı həftələrdə emal həcmini daha da azaldacağı deyilir.

Mənbələrə görə, dövlətə məxsus, eləcə də özəl müəssisələr ötən həftə neft emalını gündəlik 2 milyon barrelə endirib.

Qeyd edək ki, Çin dünyanın ən böyük xam neft idxalçısıdır. Çinin neft emalını azaltması dünyada enerji bazarını sarsıdır. Belə olan halda isə OPEC və müttəfiqləri hasilatı daha da azaltmaqla "qara qızıl"ın qiymətində yuxarı istiqamətli dəyişikliyə nail olmağa çalışır. Belə ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 18 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.