Dünya

Uxanda hərbi vəziyyət tətbiq olunub

4 Fevral 2020 15:27
0 Şərh     Baxış: 1 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni tip ölümcül koronavirusun yayılmasının episentri olan Çinin Uxan şəhərində faktiki olaraq hərbi vəziyyətdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri Andrey Denisov bəyan edib.

"Orada faktiki olaraq hərbi vəziyyət tətbiq olunub. Bizim uşaqlar evdə qalırlar", - o, Pekində mətbuat konfransında bəyan edib. Diplomatik missiyanın rəhbəri vurğulayıb ki, Uxanda vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, koronavirusla əlaqədar olaraq Rusiya Çinlə sərnişin qatarlarının hərəkətini dayandırıb, aviauçuşlar isə qismən ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.