Dünya

Yaşayış evində yanğın: bir ailənin 6 üzvü öldü

4 Fevral 2020 10:32
0 Şərh     Baxış: 4 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Bağdati rayonunun Tsereteli küçəsində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə zamanı həlak olanların dördü uşaq, biri isə hamilə qadındır. Yanğında ölən 6-cı qadının da eyni ailənin üzvü olduğu bildirilir.  

Əraziyə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xİdmətinin 6 yanğınsöndürmə maşını və 25 yanğınsöndürən cəlb edilib.  Yanğının söndürüldüyü bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.