Dünya

Çində koronavirus qurbanlarının sayı 425-ə yüksəlib

4 Fevral 2020 07:25
1 Şərh     Baxış: 1 504
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çində yeni növ koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb.

Trend-in məlumata görə, virusa yoluxanların sayı 20 438 nəfərə yüksəlib.

Qeyd edilir ki, fevralın 3-ü yoluxanların sayının 17 205 (2788 nəfərin vəziyyəti ağır), ölənlərin sayının isə 361 olduğu bildirilib.

Ötən sutka ərzində 3235 yeni yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.