Dünya

Tbilisidə şans oyunlarına qarşı aksiya keçirilib - FOTO

3 Fevral 2020 21:10
1 Şərh     Baxış: 3 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə hökumət evinin qarşısında şans oyunlarına qarşı aksiya keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yüzlərlə gənc ölkədə kazinolarda şans oyunları (qumar oyunları) ilə əlaqədar sərt qanunların qəbul olunmasını tələb ediblər.

Bildirilib ki, hər il xeyli gənc şans oyunları səbəbində intihar edir.

Ötən ilin noyabrında ludomaniyanın qurbanı olmuş 1Tv.ge kanalının operatoru Sandro Beradzenin yaxınları gəncləri bu oyunlardan uzaq olmağa dəvət ediblər. Onlar bildiriblər ki, ludomaniyanın aludəçisi olan gənclərin bir çoxu sonda çıxış yolunu yalnız intiharda görürlər.

Aksiyanın təşkilatçısı Giorgi Çoqovadze bildirib ki, son araşdırmalara görə, ölkədə 700 minə yaxın insan şans oyunlarına qurşanıb. Onların sırasında azyaşlılar da var. Hökumət təcili tədbir görməsə, vəziyyət daha acınacaqlı olacaq.

Aksiya iştirakçıları, eyni zamanda ludomaniyanın psixoloji xəstəliklər siyahısına daxil edilməsini, ludomaniya aludəçiləri ilə bağlı Səhiyyə Nazirliyində "qaynar xətt"in açılmasını, onlar üçün reabilitasiya mərkəzlərinin yaradılmasını, qumar oyunları ilə bağlı reklamın ləğv olunmasını, şans oyunlarında iştirakla bağlı yaş həddinin müəyyənləşdirilməsini, onlayn-kazinolara girişin məhdudlaşdırılmasını tələb ediblər.

Qeyri-hökumət təşkilatlarının məlumatına görə, Gürcüstanda qumar biznesindən əldə olunan gəlirlər bank sektorundakı gəlirlərdən xeyli çoxdur. Ölkədə 700 minə yaxın ludomaniya aludəçisi var. Bu da əhalinin hər beş nəfərindən biri deməkdir.

Qeyd edək ki, son vaxtlar iki gürcü gənc Sandro Beradze və Zuka Qriqoliya şans oyunlarından sonra intihar ediblər.

Son bir ildə Tbilisidə təhsil alan iki azərbaycanlı gənc də şans oyunlarında pul uduzduqdan sonra intihar edib.

Aksiya iştirakçıları tələblərini hökumət dəftərxanasına təqdim ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.