Dünya

Rusiyada kafenin damı çökdü: dağıntılar altında qalanlar var

2 Fevral 2020 10:55
0 Şərh     Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Novosibirsk şəhərində Gənclik Bulvarında yerləşən kafenin damı çöküb. 

Milli.Az bildirir ki, APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. 

Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib ki, hadisə yerinə gələn xilasedicilər beş nəfəri dağıntılar altından çıxarıb, onlardan biri ölüb.

Nazirliyin 80 nəfər əməkdaşı hadisə yerinə cəlb edilib.

Kafenin 240 kvadrat metr ərazisini əhatə edən dağıntılar altında daha beş nəfərin olduğu bildirilib.

Təxminən kafedə olan 200 nəfər təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, ilkin məlumatlara görə, çökməyə səbəb tikilinin üzərinə əlavə edilmiş panellər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.