Dünya

Tanzaniyada daşqınlar 21 can aldı

2 Fevral 2020 09:16
0 Şərh     Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanzaniyanın cənub-şərqində Lindi vilayətində baş verən daşqınlar nəticəsində 21 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerli "İTV" kanalı məlumatında bildirib: "Lindi bölgəsində ölənlərin sayı 21 nəfərə çatıb. Kilva əyalətində hələ də köməyə ehtiyacı olan 500 nəfər var. Daşqınlardan əziyyət çəkən insanlara yardımlar hərbi helikopterlər vasitəsilə edilir".

Qeyd olunub ki, çayların daşması nəticəsində baş verən daşqınlara görə 15 min tanzaniyalını evsiz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.