Hadisə

Ağdaşda iki bacını maşın vurub öldürdü

7 Oktyabr 2025 21:01
Baxış: 410
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə Əmirarx kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını yolu keçən iki nəfəri vurub.

Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatın itirib.

Məlumata görə, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.

Qeyd edək ki, qadınlar bacı olublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.