Nazirlər Kabinetinin İşlər müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə təqsirli bilinərək 13 il həbsə məhkum edilmiş Vahid Xələfov vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya mərhumun vəkili Osman Kazımov məlumat verib.
Məhkum müalicə aldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Vahid Xələfovla zərərçəkmiş Hikmət Xəlilov arasında mübahisə əvvəldən mövcud olan pul mübahisəsi olub. Mərhum iddia edib ki, zərərçəkmiş onun əməyinə qarşılıq olaraq pulunu verməyib.
Bu səbəbdən V.Xələfov onu təhqir edib, əlində olan dərmansəpən aparatdan silah qismində istifadə edərək onun avtomobilinə zərbələr endirib. Daha sonra o, üzərindəki MP-654K markalı pnevmatik tapançanı H.Xəlilova tuşlayaraq, hədə-qorxu yolu ilə ondan 4.165.000 manat pul tələb edib.
Fotoda: Hikmət Xəlilov
Milli.Az