Hadisə

İsmayıllıda çaqqal kəndə hücum etdi - Yaralananlar var

7 Oktyabr 2025 14:30
Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı rayonunun Aşıq Bayramlı kəndində çaqqal sakinlərə hücum edib.

Nəticədə bir qadın və bir kişi xəsarət alıb.

Zərərçəkən Tofiq Babazadə hadisə barədə Baku TV-yə açıqlamasında bildirib ki, kənddə ilk dəfədir çaqqal insanlara hücum edib.

"Mənim 60 yaşım var, bu vaxta qədər belə şey görməmişəm. Səhər öz heyvanlarımı otlağa buraxırdım. Qapının ağzında idim, gözləmədiyim anda baldırımdan yapışdı. Əlimlə vurdum, o da qaçdı. Daha sonra həkimə getdim, vaksin vuruldu", - deyə kənd sakini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.