Dünya

Digərlərini qəsdən koronavirusa yoluxduranlar həbs olunacaqlar

30 Yanvar 2020 13:15
0 Şərh     Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Hubey əyalətində koronavirusun yayılması ilə əlaqədar karantindən imtina edənləri, ictimai yerlərdə tüpürənləri, eləcə də digərlərini qəsdən virusa yoluxduranları cinayət məsuliyyətinə cəlb etmək təklif olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təklifə əsasən həkimlərə ziyan vurmaq, onları təhqir etmək və ya qorxutmaq kimi addımlar da cəzalandırılacaq.

Bundan başqa, Çində dəfn mərasimlərində kağız əsginasların yandırılması da qadağan ediləcək.

Qeyd edək ki, son məlumatlara əsasən Çində koronavirusa yoluxanların sayı 7700-ü keçib, ölü sayı isə 170 nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.