Dünya

“Qüds İsrailə verilməyəcək” - Ərdoğan

29 Yanvar 2020 19:34
17 Şərh     Baxış: 2 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın təklif etdiyi "əsrin müqaviləsi" İsrail tərəfindən Fələstin ərazilərinin anneksiyasının leqallaşdırılmasıdır.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqaldan qayıdarkən təyyarədə olan jurnalistlərə verdiyi açıqlamasında deyib.

Ərdoğan bildirib ki, Qüdsün İsrailə verilməsi üzrə bu cür plan qəbuledilməzdir, fələstinlilərin hüquqlarını pozur və İsrailin işğalını leqallaşdırır.

O, ABŞ tərəfindən hazırlanmış Yaxın Şərq sülh planının sülhə və münaqişənin həllinə xidmət etməyəcəyini vurğulayıb: "Bu, fələstinlilərin haqlarının nəzərə alınmaması və İsrailin işğalını legitimləşdirməkdir. Qüds İsrailə verilməyəcək. Bu plan sülh gətirməyəcək".

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Tramp bildirib ki, Qüds İsrail dövlətinin bölünməz paytaxtı olaraq qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.