Dünya

Elektron siqaret yeniyetmənin ağzında partladı

29 Yanvar 2020 21:11
2 Şərh     Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17 yaşlı yeniyetmə elektron siqaret çəkərkən ağız içində partlayıb və ağız boşluğunu zədələyib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisə Saratov əyalətində baş verib. Həkimlərin və hadisə şahidlərinin bildirdiyinə görə, oğlan ciddi xəsarət alıb, bütün dişləri dağılıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan pasiyent üz-çənə cərrahiyyəsi şöbəsində əməliyyat olunub.

Qeyd edək ki, elektron siqaretin partlaması ilə bağlı bu ilk hadisə deyil. Ötən il Permdə daha bir gəncin əlində bu siqaret partlamışdı. Partlamaya səbəb siqaretin batareya akkumulyatoru ilə işləməsidir.

Partladıqda qığılcımdan yanğın da baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.