Dünya

Bolqarların çoxu milli valyutadan avroya keçidi istəmirlər

29 Yanvar 2020 08:21
0 Şərh     Baxış: 819
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bolqarların çoxu ölkənin milli valyutasının avroya dəyişdirilməsini istəmirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Trend" araşdırma agentliyinin sorğusu nəticəsində məlum olub.

Bildirilir ki, yalnız 19 faiz əhali avroya keçidə müsbət yanaşır, 31 faiz isə bu məsələ ilə bağlı dəqiq cavab verə bilmir. Sorğuda iştirak edənlərin 20 faizi avroya keçidlə bağlı referendumun keçirilməsinə ehtiyac olmadığını bildirib.

Ekspertlər bu göstəriciləri bolqarların avroya keçidi Yunanıstanda baş verən böhranla əlaqələndirmələri və avroya keçidə olan qorxu kimi izah edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.