Dünya

ABŞ-ın kiçik hərbi təyyarəsi Əfqanıstanda qəzaya uğradı

28 Yanvar 2020 07:25
0 Şərh     Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda qəzaya uğrayan təyyarə 10-dan az insanın olduğu ABŞ-ın kiçik hərbi təyyarəsi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi bildirib.

Məlumata əsasən, hazırda təyyarənin vurulmasına dair heç bir sübut yoxdur.

Bundan əvvəl "Taliban" hərəkatının silahlıları təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürmüşdülər. Taliblər, həmçinin təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə aid olduğunu və ölənlər arasında bir neçə MKİ zabitinin olduğunu da bildiriblər.

ABŞ Silahlı Qüvvələri təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.