Dünya

Polisdən qorxub meşədə gizlənən şəxs iki həftə sonra tapıldı

27 Yanvar 2020 14:05
1 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tailandın Tak əyalətində meşədə itmiş motosikletçi iki həftədən sonra tapılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 27 yaşlı şəxs yanvarın 6-da polis yoxlamasından qorxub meşədə gizlənib.

Polislər onun qayıtmadığını görüb, axtarışlara başlayıb. Nəticədə onun yalnız qəzaya uğramış motosikleti tapılıb. Həmin şəxs özü isə meşədə azıb və iki həftə yalnız bitkilərlə qidalanıb.

14 gün davam edən axtarışlardan sonra tapılan motosikletçi həmin gün heç bir hadisə törətmədiyini, sadəcə, polisdən qorxduğu üçün gizləndiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.