Dünya

Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi - VİDEO

25 Yanvar 2020 12:12
2 Şərh     Baxış: 2 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Elazığ şəhərində baş verən güclü zəlzələ nəticəsində çökən dördmərtəbəli binanın altından 12 yaşlı uşaq xilas edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlı yeraltı təkanlar zamanı qapı üzərinə düşdüyündən dağıntılar altında qalıb. Axtarış-xilasetmə tədbirləri çərçivəsində zəlzələdən 5 saat sonra sağ çıxarılıb. Təcili tibbi yardım avtomobili ilə Fırat Universiteti xəstəxanasına aparılıb.

Zəlzələdən 11 saat sonra Gülsüm İnce adlı hamilə qadın da dağıntılar altından xilas edilib. 

Xatırladaq ki, Elazığda baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində 20 nəfər vəfat edib, 1015 nəfər xəsarət alıb.

Məlumata görə, dağıntılar altında hələ 38 nəfər qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.