Dünya

28 saat fasiləsiz işləyən taksi sürücüsü sükan arxasında öldü

23 Yanvar 2020 16:02
0 Şərh     Baxış: 2 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada taksi xidməti ilə məşğul olan Tacikistan vətəndaşı vəfat edib.

Milli.Az oxu.az-a istinadən verir ki, 29 yaşlı sürücünün Moskvanın Domodedovo aeroportu yaxınlığındakı ərazidə sükan arxasında olan zaman ürəyi dayanıb.

İlkin araşdırma zamanı məlum olub ki, gənc taksi sürücüsünün vəfat etməsinə səbəb 28 saat fasiləsiz çalışması və bu zaman ərzində doqquz enerji içkisi qəbul etməsi olub.

Hüquq-mühafizə orqanlarının yaydığı hesabata əsasən, son zamanlar Rusiya ərazisində taksi xidməti ilə məşğul olan şəxslərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin sayı yüksəlib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.