Dünya

Ana "laylay" oxuyaraq 3 uşağını boğub, öldürdü - FOTO

23 Yanvar 2020 12:27
16 Şərh     Baxış: 12 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evindən 3 cəsəd çıxan şəxs saxlanılıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, ABŞ-da 3 övladını boğaraq öldürən qadın hakim qarşısına çıxarılıb.

ABŞ-ın Arizona ştatının Feniks şəhərində yaşayan 22 yaşlı Rachel Henry adlı qadın azyaşlı uşaqlarını boğduğuna görə məsuliyyətə cəlb olunub.

O, yaşları 3, 1 və 7 aylıq olan övladlarını boğaraq öldürüb. Polisin dediyinə görə, uşaqlar həyatda qalmaq üçün analarını cırmaqlayıb, təpikləsələr də, faydası olmayıb.

Henri ifadəsində bildirib ki, uşaqları hərəkətsiz vəziyyətdə qalana qədər onların ağız və burunlarını bağlayıb, nəfəs almaqlarına mane olub.

Qadının dediyinə görə, övladlarını növbə ilə öldürərkən uşaqlarına "laylay" da oxuyub. 

Qeyd edək ki, qadın Metamfetamin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) aludəçisidir.

Emin
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.