Bakıda kirayə mənzillər bahalaşdı - Səbəb nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu səbəbdən kirayə mənzil bazarında canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta üz tutan tələbələr üçün münasib qiymətə, universitetə yaxın və normal şəraitli ev tapmaq bu il də çətindir.
Yay aylarında nisbətən sakit olan əmlak bazarında avqustdan etibarən ciddi hərəkətlilik başlayır ki, bu da qiymət artımına səbəb olur. Araşdırmalar göstərir ki, tələbələrin əksəriyyəti aylıq 300-500 manat aralığında kirayə mənzil axtarır. Lakin bu qiymətə uyğun ev tapmaq mümkünsüz olub. Mütəxəssislər isə sentyabr ayında vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlamasında deyib ki, son illər kirayə mənzil bazarında aparılan monitorinqlər göstərir ki, hər il bazarda təklif həcmi, xüsusilə də ucuz mənzillər üzrə azalır.
"Sözügedən proses əsasən söküntülər nəticəsində, kirayə bazarının əsas hissəsini təşkil edən köhnə və münasib qiymətli mənzillərin sürətlə bazardan çıxarılması ilə bağlıdır. Onların yerini isə daha bahalı və yeni tikililər tutur. Nəticədə ucuz mənzillərə olan tələb yüksək olaraq qalır, amma təklif azalır. Bu da öz növbəsində qiymət artımına səbəb olur".
Əmlak eksperti qeyd edib ki, qiymət artımına təsir edən digər bir amil isə ümumilikdə kirayə mənzillərə olan tələbin yüksək olmasıdır:
"Eyni zamanda bəzi pilot layihələr çərçivəsində tikinti şirkətləri binalar tikildikdən sonra mənzilləri vətəndaşlara kirayə verməklə təqdim edirlər və bu da kirayə bazarında tələbin bir qədər də artmasına səbəb olur.
Bütün bu amillərin nəticəsində, bir neçə il əvvəllə müqayisədə Bakı şəhərində kirayə mənzil bazarında ciddi qiymət artımı müşahidə olunur. Əvvəllər yay aylarında - iyun-avqust aylarında tələbələrin öz rayonlarına qayıtması ilə bazarda nisbətən ucuzlaşma baş verirdi. Lakin son dövrlərdə bu mövsümi ucuzlaşma müşahidə olunmur. Artıq il boyu demək olar ki, qiymətlərdə davamlı artım müşahidə edilir".
R.Osmanlının sözlərinə görə, bu il də əvvəlki illərdə olduğu kimi, paytaxta tələbə axınının qiymətlərə əlavə təzyiq göstərəcəyi gözlənilir. Hətta bu tendensiya indidən özünü göstərməyə başlayıb:
"Regionlara gəldikdə isə, məlumdur ki, tələbələr əsasən iqtisadi (ekonom) sinif kateqoriyasına aiddirlər. Bu səbəbdən onlar üçün 1-2 otaqlı mənzillər daha münasib hesab olunur. Məsələn, 2-3 tələbə birləşərək 2 otaqlı mənzil kirayələməyə üstünlük verirlər. Bu baxımdan şəhərin mərkəzinə nisbətən yaxın ərazilər, məsələn, mikrorayonlar, Həzi Aslanov, Əhmədli kimi yerlər daha münasib hesab edilir. Mərkəz ərazilərdə isə qiymətlər daha yüksəkdir. Eyni zamanda, ictimai nəqliyyata yaxın olan ərazilər tələbələr üçün daha əlverişli sayılır. Bu səbəbdən onların bu il də eynilə sərfəli ərazilərə üstünlük verəcəyi gözlənilir",- deyə ekspert bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
XƏBƏR LENTİ
-
Meksika turistlərdən 9 dollar vergi alacaq
-
Dərmanları bu iki yerdə saxlamayın
-
İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
-
Soyuducunu bu vasitə ilə təmizləməyin
-
Qız övladı atanın ömrünü uzadır
-
Balığın sümüyü boğazınızda qalsa, bu səhvi etməyin
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib





