Dünya

Fransada ən güclü su elektrik stansiyası fəaliyyətini dayandırdı

22 Yanvar 2020 16:39
0 Şərh     Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın ən güclü su elektrik stansiyasının fəaliyyəti etiraz əlaməti olaraq dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, stansiyanın əməkdaşları Fransa hökumətinin təklif etdiyi pensiya islahatına etiraz olaraq bu addımı atıb.

Ölkənin cənub-şərqindəki İzer deparamentində yerləşən "Grand'Maison" su elektrik stansiyası Fransada istifadə olunan bütün su elektrik stansiyalarının istehsal gücünün 9 faizini təşkil edir.

Hələlik stansiyanın işinin dayanmasının nəticələri barədə məlumat veirlməyib.

Qeyd edək ki, Fransada təklif olunan pensiya islahatları ilə bağlı tətil və etirazlar uzun müddətdir ki, davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory