Dünya

Livanda polislə nümayişçilər arasında toqquşmalar baş verib - çox sayda yaralılar var

20 Yanvar 2020 08:49
0 Şərh     Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın paytaxtı Beyrutun mərkəzində polis və etirazçılar arasında baş verən toqquşmada nümayişçilər və polis əməkdaşları də daxil olmaqla ən azı 70 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Al Watania milli agentliyinə Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi məlumat verib.

Məlumata əsasən, ən az xəsarət alan 30 insan xəstəxanaya çatdırılıb, digərlərinə isə yerində yardım göstərilib.

Qeyd edək ki, bundan əvvəl polis birləşmələri etirazçıları dağıtmaq üçün Beyrutun mərkəzindəki su toplarından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər. Etirazçılar polis kordonlarından keçərək Plyas Etual meydanında yerləşən prezident sarayına da daxil olmağa cəhd göstərmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.