Dünya

“Süleymani ölkəmiz haqqında pis danışırdı”

18 Yanvar 2020 21:54
0 Şərh     Baxış: 1 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaninin öldürülməsinə daha bir münasibət bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Tramp Süleymaninin hansı səbəbdən öldürüldüyünü tez-tez soruşanları tənqid edərək onun məşhur terrorçu olduğunu bildirib.

Amerika lideri generalın uzun müddət ABŞ-ın "qara siyahı"sında olduğunu deyib: "Bu şəxs ölkəmiz haqqında pis danışırdı".

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.