"Dinc addımlar yerinə Ermənistan tərəfindən növbəti təxribatçı bəyanatlar eşidilir" - Rusiyalı politoloq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanla Ermənistan arasında danışıqların nəticəsi hər iki dövlətin birinci şəxsləri tərəfindən ətraflı fəaliyyət planının əks olunduğu sənədin imzalanması olmalıdır, fəaliyyət planı isə Ermənistan hakimiyyətinin nəzarətində olan qondarma "Dağlıq Qarabağ Respublikası"nın ətrafında işğal altındakı yeddi rayonun Bakının nəzarətinə qaytarılması, eləcə də etnik təmizləmələr nəticəsində regionu tərk etmiş azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını əhatə etməlidir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq Vitali Arkov deyib.
O bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonun Bakının nəzarətinə qaytarılması, eləcə də azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması sülh planının birinci paketinə aiddir və bununla bağlı danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə birinci il deyil ki, davam edir. Politoloq əlavə edib ki, bunun reallaşdırılması çoxdan başlamalı idi.
Politoloqun sözlərinə görə, amma Ermənistan tərəfi hər dəfə danışıqlar prosesinin uzadılması və sülh planının reallaşdırılmasının başlamasının qeyri-müəyyən müddətə təxirə salınması üçün bəhanələr tapır: "Bu, Ermənistanda hakimiyyətin real yanaşmasını nümayiş etdirir: torpaqların işğaldan azad edilməsi olmasın, azərbaycanlı qaçqınların qaytarılması olmasın, zorla əllərindən alınmış əmlaka görə təzminat olmasın və s.".
V.Arkov yekunda bildirib ki, formal olaraq Yerevan danışıqlarda iştirak edir, onun nümayəndələri isə azərbaycanlı qaçqaınların və onların övladlarının Dağlıq Qarabağa qayıtmasında maneə olmadığını bildirir, amma əslində isə onların əməlləri sözlərindən fərqlənir: "Dinc addımlar yerinə erməni siyasətçilər tərəfindən növbəti təxribatçı bəyanatlar eşidilir, erməni hərbçilər tərəfindən isə insan itkilərinə gətirib çıxaran təmas xəttində növbəti təxribatlar müşahidə edilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü





