Dünya

Güneyli fəal Səccad Şoheyri yenidən saxlanılıb

16 Yanvar 2020 21:58
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Azərbaycanının Sulduz (Nəğədə) şəhərinin sakini Səccad Şoheyri yanvarın 16-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

HRA agentliyinə istinadən, türk fəal yaşadığı yerin yaxınlarında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, günorta vaxtı Səccad Şoheyri yaşadığı məhəlləyə yaxın bir istiqamətdə maşını dayandırılb, özü həbs edilib, maşını isə təhlükəsizlik qüvvələri tərəfindən aparılıb. Siyasi fəallın həbsinin səbəbləri və harada olduğu hələ məlum deyil.

O, iyulun 16-da Urmiyə və Sulduz təhlükəsizlik qüvvələri tərəfindən tutularaq 25 gün saxlanıldıqdan sonra 80 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Fəal Sulduz İnqilab Məhkəməsi tərəfindən bir il həbs hökmü alsa da sonra həmin hökm daha öncə həbsdə olmadığı üçün 20 gün həbs cəzasına məhkum edilmişdi. Səccad Şoheyri digər siyasi fəal Musa Ziya Gərgəri ilə daha əvvəl onlarla fəalla birlikdə ötən il iyulun 6-da Babək qalası mərasimində saxlanılmış, sonradan sərbəst buraxılmışdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.