Dünya

Hava yolları şirkətindən gözlənilməz QƏRAR: bu təyyarələrin sifarişi ləğv edildi

17 Yanvar 2020 05:30
0 Şərh     Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Malayziya Hava Yolları son zamanlar baş verən dəhşətli təyyarə qəzalarından sonra radikal qərar qəbul edib.

Milli.Az xəbər verir ki, şirkət "Boeing" Korporasiyasına verdiyi 25 ədəd "Boeing 737 MAX" təyyarəsinin sifarişlərini dayandırıb.

Məsələyə dair açıqlama verən firma rəsmiləri sifarişlərin ləğvinin təyyarələrdəki texniki nasazlıqdan irəli gələn qəzalara görə edildiyini bildirib.

Korporasiya Hava Yolları şirkətindən üzr istəyib.

Qeyd edək ki, ötən il Efiopiya və Malayziyada iki böyükmiqyaslı təyyarə qəzası baş vermiş, 300-dən çox insan həlak olmuşdu. "Boeing" 737 seriyası son olaraq Ukrayna Hava Yollarına məxsus təyyarənin Tehranda vurulmasından sonra gündəmə gəlib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.