Dünya

Keçən il AFR-də elektrik enerjisinin təqribən yarısı alternativ mənbələrdən istehsal edilib

15 Yanvar 2020 08:54
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən il AFR-də elektrik enerjisinin təqribən yarısı alternativ mənbələrdən istehsal edilib, kömürdən istifadə isə azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla belə ekologiya hərəkatlarının liderlərinin fikrincə, CO2 (karbon qazı) tullantılarının daha əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq mümkündür.

Ötən il havaların küləkli keçməsi sayəsində külək generatorları tam gücü ilə işləyib və daş kömür, yaxud qonur kömür yandırmağa çox ehtiyac olmayıb. Bundan əlavə, kömürün yandırılması yolu ilə elektrik enerjisi istehsalının maya dəyəri artdığı üçün istilik elektrik stansiyaları məhsuldarlığı azaltmağa məcbur olublar. Məhz bu səbəbdən, 2019-cu ildə ətraf mühitə karbon qazı tullantıları 7 faiz azalıb.

Bütövlükdə ötən il kömür elektrik energetikasının rentabelliyi azalıb, yaşıl energetikanın iqtisadi cəlbediciliyi artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.