Dünya

Avstraliya hökuməti təbiətin bərpasına 35 milyon dollar ayıracaq

13 Yanvar 2020 11:55
0 Şərh     Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya federal hökuməti meşə yanğınlarından sonra qitədəki heyvanların yaşayışını bərpa etmək üçün təxminən 35 milyon dollar sərmayə qoyacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Ətraf Mühitin Mühafizəsi naziri Susan Ley öz Tvitter mikrobloqunda məlumat verib.

Nazir həmçinin bildirib ki, vəsaitlərin bir hissəsi elm adamlarının, ekoloqların və ictimai təşkilatların işlərini dəstəkləməyə ayrılacaq.

Qeyd edək ki, hadisə nəticəsində 27 nəfər ölüb və 2 mindən çox insan evsiz qalıb.

Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.