Dünya

21 yaşlı model kolluqda çılpaq və yaralı halda tapıldı - FOTO

13 Yanvar 2020 11:19
0 Şərh     Baxış: 4 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pəncərədən yıxılan 21 yaşlı model xəstəxanada ölümlə mübarizə aparır.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, rusiyalı model Moskva şəhərindəki binanın 3-cü mərtəbəsinin pəncərəsindən yıxılıb.

21 yaşlı Kseniya Puntusun yıxıldığı mənzil onun sevgilisi Andrey Bakova məxsusdur. Andrey Bakov məşhur rejissor Nikita Milxalkovun nəvəsidir.

Kolluqda çılpaq qadın görən təmizlik işçiləri hadisə yerinə dərhal həkim və polis çağırıblar. Təcili xəstəxanaya çatdırılan Kseniya sağ qalsa da, vəziyyəti ağır olaraq qalır.

Məşhur "Vogue" jurnalının Rusiya versiyası üçün pozalar verən modelin, demək olar ki, bədənindəki bütün sümükləri qırılıb.

Məşhur tennisçi Yevgeny Kafelnikovun qızı və Kseniyanın rəfiqəsi mətbuata açıqlamasında bildirib ki, o, tapılan zaman əynində paltar olmayıb və hazırda adından başqa nəyisə xatırlamır.

Məlum hadisə ilə bağlı cinayət işi açılıb, faktla bağlı araşdırmalar aparılır. İddialara görə, modelə sui-qəsd edilib.

Qeyd edək ki, Kseniyanın sevgilisi cinayət şübhəlisi kimi polis tərəfindən saxlanılıb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.