Dünya

İranda daşqınlar: ölən və yaralanan var

12 Yanvar 2020 18:13
0 Şərh     Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda güclü yağıntılar və daşqınlar nəticəsində indiyədək 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, Sistan və Bəluçestan və Hörmüzqan vilayətlərinin hər birində 1 nəfər daşqınlarda boğulub, bir nəfər isə Hörmüzqan vilayətində uçqunlar altında qalaraq həlak olub.

İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi isə bildirib ki, ötən 5 gün ərzində İranın 26 vilayətində 12 872 nəfərə yardım edilib, 3 132 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Qeyd edək ki, son günlər İranın bir sıra vilayətində güclü qar və yağış yağması nəticəsində bir sıra yollar, mənzillər və infrastrukturlara ciddi şəkildə ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.