Dünya

Dubay hava limanında onlarla uçuş təxirə salınıb

11 Yanvar 2020 20:23
0 Şərh     Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Ərəb Əmirlikləri güclü siklonun təsiri altına düşüb..Daşqın nəticəsində, Dubay Beynəlxalq Hava Limanında onlarla uçuş təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şənbə günü səhərdən davam edən pis hava şəraiti, Dubay Beynəlxalq Hava Limanının əməliyyatlarına təsir göstərməyə davam edir. Gecikmiş reyslərin bütün gün müşahidə olunacağı ehtimal olunur. Bəzi reyslər ləğv edilib və ya Dubayın cənubundakı başqa hava limanına (DWC) yönləndirilib.

BƏƏ-nin Milli Meteoroloji Mərkəzi, sakinlərin evlərini tərk etməmələrini və avtomobil sürməmələrini tövsiyə edib və güclü yağışların ən az şənbə gününün sonunadək yağacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.