Dünya

Abe Səudiyyə Ərəbistanına, BƏƏ və Omana səfər edəcək

10 Yanvar 2020 09:05
0 Şərh     Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Baş naziri Şinzo Abe 11-15 yanvar tarixlərində Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirlikləri və Omana səfər edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tokioda təşkil edilən mətbuat konfransında Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa bildirib.

Y.Suqa deyib ki, baş nazir Abe Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yanvarın 11-dən 15-dək səfərdə olacaq:

"Bu səfər zamanı Yaxın Şərqdəki vəziyyət və bölgədəki gərginliyin azaldılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Dəniz naviqasiyasının və enerji mənbələrinin daşınmasının təhlükəsizliyini təmin etmək üçün üç ölkənin dəstəyini də gözləyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.