Dünya

Meksikada təbii hadisəyə görə 300-ə yaxın tısbağa ölüb

10 Yanvar 2020 08:12
0 Şərh     Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mikro yosunlarının rənginə görə "qırmızı yüksəlmə" adlandırılan təbii bir hadisə Meksikanın cənubundakı Oaxaka ştatının çimərliklərində yüzlərlə tısbağanın ölümünə səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Meksika Ətraf Mühitin Qorunması üzrə Federal Prokurorluğu bildirib.

Məlumata əsasən, ölümün səbəbi mikro yosunların tərkibindəki trematodlarla intoksikasiya olub.

Qeyd edək ki, dekabrın 25-də ştatın sahillərində mikro yosunlarının yüksək miqdarda olması səbəbindən "qırmızı yüksəlmə" adlanan təbii hadisə qeyd edilmişdi.

Sonrakı günlərdə 292 dəniz Qalapaqos tısbağası ştatın çimərliklərində ölü tapılıb, daha 27 tıspağa xilas edilb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.