Dünya

Kanadanın Baş Naziri: "Təyyarənin Tehranda raketlə vurulma ehtimalına dair məlumatlarımız var"

10 Yanvar 2020 06:55
0 Şərh     Baxış: 2 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kanada Ukraynanın "Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 737-800" sərnişin təyyarəsinin Tehranda təsadüfən İran raketləri tərəfindən vurulmasını təsdiqləyən kəşfiyyat məlumatları əldə edib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Kanadanın Baş Naziri Castin Trüdo bildirib.

Bundan əvvəl "CBC" telekanalı Vaşinqtonun Ottavaya həmin təyyarə qəzasının İrana məxsus zenit-raket komplekslərindən atılan raket zərbəsi nəticəsində baş verdiyini sübuta yetirən kəşfiyyat məlumatları ötürdüyünü xəbər vermişdi.

"Son saatlarda insidentlə bağlı bizə vacib məlumatlar verildi. Təyyarənin İrana məxsus "yer-hava" tipli raketi ilə vurulmasını ortaya qoyan bir neçə mənbədən əldə olunmuş kəşfiyyat məlumatlarına malikik", - deyə kanadalı dövlət başçısı mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əldə olunmuş məlumatlara əsasən, təyyarə istəmədən vurulub.

Eyni zamanda, Trüdo qəzanın əsl səbəblərini müəyyən etmək üçün nəticə çıxarmağa tələsməməklə, hərtərəfli və şəffaf araşdırma aparmaqla bağlı çağırış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.