Dünya

Almanların sevimli içkisi bahalaşır

10 Yanvar 2020 08:24
1 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada arpanın, elektrik enerjisinin və nəqliyyatın qiymətlərinin artması çəllək pivəsinin də bahalaşmasına gətirib çıxarıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, pivənin bəzi növlərinin qiyməti 5 faiz artıb.

Almanların içdikləri pivənin təqribən beşdəbir hissəsi məhz çəlləkdə saxlanılan qıtığotu içkisinin payına düşür.

Almaniyada çəllək pivəsinin bir litrinin qiyməti 2 avrodur. Almaniya ölçülərinə görə, bu, münasib qiymətdir. Elə Avropa standartlarına görə də Almaniya istehsalı olan pivənin qiymətləri münasibdir. Avropanın digər ölkələrində pivənin bir litri xeyli bahadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.