Dünya

İranın raket hücumu zamanı azı 80 amerikalı hərbçi öldü - SEPAH - VİDEO

8 Yanvar 2020 09:35
9 Şərh     Baxış: 7 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın İraqın Eynül-Əsəd bazasına hücumunda azı 80 amerikalı hərbçi həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu SEPAH-ın məlumatlı rəsmisi Fars informasiya agentliyinə açıqlamasında deyib.

Məlumatlı hərbçi bildirib ki, dəqiq məlumatlara əsasən, təxminən 200 nəfər yaralanıb.

İranlı hərbçi yaralıların vertolyotla dərhal bazadan aparıldığını deyiblər.

İranlı hərbçinin sözlərinə görə, Eynül-Əsəd bazası ABŞ üçün strateji obyekt idi və bu bazadan PUA-lara dəstək verilirdi.

"Bazada 20 həssas məkana 15 ədəd raket atılıb. Çoxlu sayda PUA və helikopter məhv edilib".

SEPAH hərbçsi deyib ki, bölgədə ABŞ-ın 104 həssas məkanı müəyyənləşdirilib. ABŞ tərəfindən hər hansı ilk hücuma cavab olaraq məhv ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.