Dünya

Böyük Britaniyada avtomobil satışları son altı ildə ən aşağı səviyyəyə düşüb

8 Yanvar 2020 04:30
0 Şərh     Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il Böyük Britaniyada avtomobil satışları Brexit prosesindəki qeyri-müəyyənliyinə görə son altı ildəki ən aşağı səviyyəyə düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə Britaniyada satılan yeni avtomobillərin sayı 2013-cü ildən bu yana ən aşağı səviyyəyə düşüb.

İstehlakçıların dizel nəqliyyat vasitələrinə qoyduğu məhdudiyyətlər və Brexitə görə davam edən iqtisadi qeyri-müəyyənlik satışların aşağı düşməsinə səbəb olub. Britaniya yeni nəqliyyat vasitələri üçün Avropanın ikinci ən böyük bazarıdır.

Avtomobil istehsalçıları və ticarətçiləri cəmiyyətinin müvəqqəti məlumatlarına görə, yeni avtomobil qeydiyyatı 2019-cu ildə 2 faiz azalaraq 2,31 milyon olub. Bu 2016-cı ilin göstəricilərinə bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.