Dünya

İndoneziyada sel qurbanlarının sayı artdı - FOTO

6 Yanvar 2020 18:28
0 Şərh     Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndoneziyanın paytaxtı Cakartada və ətraf bölgələrdə daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi bildirib.

Qeyd edək ki, daha əvvəl 53 nəfərin həlak olması barədə məlumat verilmişdi.

Bölgədə sel və torpaq sürüşməsi Yeni il ərəfəsində güclü yağış səbəbindən baş vermişdi.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyindən verilən məlumata görə, Cakarta və qonşu şəhərlərdə güclü yağışla müşahidə olunan mənfi hava şəraiti gələn həftəyə qədər davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.