Kiçik təyyarə ABŞ-ın Santa Clarita (Kaliforniya) şəhəri yaxınlığındakı magistral yolun yaxınlığında qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Los-Anceles dairəsinin polisi bildirib.
Məlumata əsasən, hadisə nəticəsində təyyarə pilotu həlak olub.
Qəza yerinə Santa Klarita təhlükəsizlik orqanları və Los-Anceles dairə yanğın xidmətinin əməkdaşları gəliblər:
"Kiçik təyyarə qəzaya uğrayıb, göyərtədəki yeganə şəxs ölüb".
Milli.Az