ABŞ-da təyyarə qəzası: ölən var

5 Yanvar 2020 09:29

Kiçik təyyarə ABŞ-ın Santa Clarita (Kaliforniya) şəhəri yaxınlığındakı magistral yolun yaxınlığında qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Los-Anceles dairəsinin polisi bildirib.

Məlumata əsasən, hadisə nəticəsində təyyarə pilotu həlak olub.

Qəza yerinə Santa Klarita təhlükəsizlik orqanları və Los-Anceles dairə yanğın xidmətinin əməkdaşları gəliblər:

"Kiçik təyyarə qəzaya uğrayıb, göyərtədəki yeganə şəxs ölüb".

Milli.Az