Dünya

“Mersedeslər kralı” döyülərək qarət olundu

2 Yanvar 2020 17:09
0 Şərh     Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daha çox "Mersedeslər kralı" kimi tanınan məşhur bloqqer Lüdviq Bayser Moskvada qarət olunub və döyülüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, naməlum şəxslər "Krasnıye vorota" metrostansiyasının yaxınlığında ona hücum edib və avtomobilinin açarlarını oğurlayıb.

Bloqqer bilək nahiyəsindən çoxsaylı xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Qeyd edək ki, L.Bayser Dağıstanda anadan olub. O, "Mercedes" markalı avtomobillər barədə hazırladığı müxtəlif qısa çarxlarla tanınır. Onun 225 min İnstaqram izləyicisi var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.