Dünya

Göyərtəsində yüksək rütbəli hərbçilər olan helikopter yoxa çıxdı - 13 nəfər olub

2 Yanvar 2020 09:13
0 Şərh     Baxış: 1 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tayvanın Müdafiə Nazirliyinin göyərtəsində yüksək rütbəli hərbi məmurlar olan helikopteri ilə əlaqə itib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Black Hawk" hərbi helikopteri ilə əlaqə cümə axşamı səhər saatlarında yoxa çıxıb.

Bildirilir ki, onun göyərtəsində Baş qərargahın rəisi general-polkovnik Şen İmin və digər yüksək rütbəli hərbçilər olub. 

Məlumata əsasən, helikopter yerli vaxtla təxminən 9:00-da İlan şəhəri yaxınlığında dağlıq ərazidə  məcburi eniş edib. Hadisə yerinə xilasedicilər yönləndirilib.

"Black Hawk" hərbi helikopterin göyərtəsindəki 13 nəfərdən 10-u sağ tapılıb. Üç nəfərin axtarışı davam etdirilir.

Bu barədə ölkənin Milli Təhlükəsizlik Nazirliyi məlumat verib.

Nazirliyin nümayəndəsi mətbuat konfransında bildirib ki, Şen İmin sağ qalanların arasındadır. Müdafiə naziri Yan Deyfa xilasetmə əməliyyatına nəzarət etmək üçün hadisə yerinə yollanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.