Dünya

Bu il ABŞ-da kütləvi qətl hadisələrinin sayı rekord həddə çatıb

30 Dekabr 2019 07:48
0 Şərh     Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il ABŞ-da kütləvi qətl hadisələrinin sayı rekord həddə çatıb. 2019-cu ildə ABŞ-da baş verən 41 qətl hadisəsi nəticəsində 211 nəfər həyatını itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı faktlar ABŞ-ın məlumat bazasında yer alıb. Faktlar "Associated Press" (AP), "USA Today" və "Northeastern University"nin birgə apardığı tədqiqatlar nəticəsində əldə edilib. Qeyd edək ki, məlumat bazası ABŞ-da kütləvi qətl hadisələrini 2006-cı ildən etibarən izləyir.

2019-cu ildə baş verən cinayət hadisələri nəticəsində ən çox insan ölümünə may ayında Virciniya Biçdə (12 nəfər), avqustda isə El Pasoda (22 nəfər) təsadüf olunub. İl ərzində baş verən 41 qətl hadisəsindən 33-ü odlu silahla törədilib. Təkcə Kaliforniya ştatında 8 belə hadisə baş verib.

Bundan əvvəl ABŞ-da kütləvi qırğınların ən yüksək sayına 2006-cı ildə rast gəlinib - 38 nəfər.

Demokratlar belə hadisələrin qarşısını almaq üçün ölkədə odlu silah üzərində nəzarəti gücləndirməyi təklif edirlər. Prezidentliyə namizəd, ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenin planlarından biri də məhz bununla bağlıdır. O, silahların istehsalı və satışına qadağa qoyulmasını və bütün silah satışları üçün məcburi yoxlamaların aparılmasının vacibliyini vurğulayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.