Dünya

Yeni il ərəfəsində Yaponiyanın böyük şəhərlərini tərk edənlərin sayı artmaqda davam edir

29 Dekabr 2019 22:40
1 Şərh     Baxış: 1 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 29-da Yeni il ərəfəsində Yaponiyanın dəmir yolu vağzallarında və aeroportlarında bayram gəzintisinə və doğma yerlərə yola düşənlərin sayı artmaqda davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin avtomobil yollarında da bayram gəzintisinə yollananlara görə böyük tıxaclar yaranıb. Yaponiya dəmir yolları şirkətlərinin yaydığı məlumata görə, böyük şəhərlərdən əyalətlərə hərəkət edən sürətli "Şinkansen" qatarlarında demək olar ki, boş yer yoxdur. Aviaşirkətlər də Tokio və Osakadan xaricə yola düşən təyyarələrdə bütün yerlərin tutulduğunu elan edirlər. Hətta Tokiodan prefekturalar istiqamətində sürətli yollarda belə böyük tıxacların yarandığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.