Dünya

Qızını “cin” bilib öldürdü - FOTO

28 Dekabr 2019 18:30
0 Şərh     Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Osmaniyə rayonunda kişi qızını öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Yunus Əmrə Məhəlləsində 65 yaşındakı İsmayıl Kaya ona səhər yeməyi hazırlayan qızını silahla vurub.

Silah səsinə gələn qonşular hadisəni polisə xəbər veriblər.

Xəstəxanaya çatdırılan 23 yaşlı iki uşaq anası Tuğba Kaya həkimlərin müdaxiləsinə baxmayaraq ölüb.

Hadisəni törədən İ.Kaya cinayət işlətdiyi silahla polis idarəsinə gedib və "Mən insan qılığına girən cin öldürdüm", - deyərək təslim olub.

İddiaya görə, heyvandarlıqla məşğul olan İ.Kaya tarlada gəzəndə ayağı palçığa batıb.

Evə üstü palçıqlı vəziyyətdə gələn şəxs tanışına bostanda cin gördüyünü və onu silahla vuracağını deyib.

Silah götürüb bostana qayıdan İ.Kaya havaya 15 atəş açıb.

Evə qayıdıb yenidən silahını güllə ilə dolduran kişi qonşuluqda yaşayan və atasına nahar hazırlayan qızının başına güllə vuraraq evdən çıxıb.

Nəzarətə götürülən Kaya qohumlarına "Mən qızımı vurmadım, mənim vurduğum kişi idi", - deyərək qızını öldürdüyünü qəbul etməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.