Dünya

İsveçli tədqiqatçılar karbon qazının parçalanması üçün yeni material işləyib hazırlayıblar

29 Dekabr 2019 07:07
0 Şərh     Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çalmers Texniki Universitetinin və Stokholm Universitetinin alimləri zərərli tullantıların filtrasiyası zamanı karbon qazının parçalanması üçün yeni material işləyib hazırlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni materialın çoxlu üstünlükləri var. O, davamlıdır, karbon qazını yaxalama sürəti yüksək, istismar xərcləri isə aşağıdır.

İqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində karbon qazının aşkarlanması üçün bu növ texnologiyaların yaradılması çox diqqətəlayiqdir və elmi dairələrdə diskussiyalara səbəb olur.

Yeni material böyük sayda mikroməsaməli alümosilikatlarla doymuş bioloji əsaslı hibrid köpükdən ibarətdir.

Qeyd edək ki, tədqiqatların nəticələri "ACS Applied Materials & Interfaces" elmi jurnalında dərc edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.