Dünya

Pompeo gedə bilər - Tramp axtarışa başlayıb

27 Dekabr 2019 21:04
0 Şərh     Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Dövlət katibi Mayk Pompeonun yerinə namizəd axtarmağa başlayıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Pompeo dövlət katibi postunu tərk edib, o, Kanzas ştatından Senat seçkilərində iştirak edə bilər.

Düzdür, Tramp hələ Pompeonun hansı qərarı verəcəyini bilmir.

Nəşr iddia edir ki, Vaşinqtondan olan bir çox məmurlar artıq dövlət katibi postuna iddia etməyə başlayıblar. Ehtimal olunur ki, dövlət katibi postunu prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen, maliyyə naziri Stiven Mnuçin və ya ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell tuta bilər.

Pompeoya yaxın olan mənbələr vurğulayırlar ki, dövlət katibi hələlik məsələ ilə bağlı yekun qərar verməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.