İndoneziyanın Cənubi Sumatra əyalətində sərnişin avtobusu dərəyə aşıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 24 nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Məlumata əsasən, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Qəzanın səbəbi barədə məlumat verilmir.
Milli.Az