Dünya

Metro stansiyalarının yaydığı xəstəliklər - ARAŞDIRMA

22 Dekabr 2019 12:12
0 Şərh     Baxış: 1 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı alimlər günümüzün aktual probleminə uyğun maraqlı araşdırmaya imza atıblar. Onlar iddia edirlər ki, ən uzaq metro stansiyada enənlər daha çox qrip virus və infeksiyalara yoluxub, tez-tez xəstələnir.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, elmi araşdırmanın nəticəsində məlum olub ki, mərkəzdə yaşayan insanlara nisbətən daha çox metrostansiya ilə yol gedib gələnlərin səhhəti arasında fərq var.

Bu paradoksal nəticəyə gəlmək üçün elm adamları Londonun müxtəlif uzaqlıqda rayonları və daha populyar metro marşrutları üzərində yaşayan insanların xəstəlik tarixlərini incələyib.

Hər gün London metrosundan 5 milyon insan istifadə edir. Məlum olub ki, virus və infeksiyalara daha çox metro stansiyası gedən insanlar tutulur. Mərkəzdən uzaqlaşdıqca xəstələnmə tezliyi də artır.

Daha uzaq yol gedib stansiyalardan stansiyaya, qatardan qatara keçid edən sərnişinlər isə daha çox risk altındadır.

Ən az xəstələnmə göstəricisi ilə metrodan ümumiyyətlə istifadə edən, digər nəqliyyatdan yararlanan ərazilərdə qeydə alınıb.

Ona görə də mərkəzdə yaşamağın daha bir üstün cəhəti az insanla təmasda olub, daha az qrip virusu və infeksiyalara yoluxmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.