Dünya

ABŞ-ın nümayəndələr palatası ölkənin Meksika və Kanada ilə ticari sazişinə razılıq verib

20 Dekabr 2019 09:10
0 Şərh     Baxış: 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın nümayəndələr palatası ölkənin Meksika və Kanada ilə yeni ticari saziçinə (USMCA) razılıq verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu nümayəndələr palatasındakı səsvermə zamanı müəyyən olunub.

Sazişin leyhinə 385, əleyhinə isə - 41 nümayəndə səs verib.

Senatın sözü gedən sazişin təsdiq etməsinə dair səs verməsi gələn il keçiriləcək.

Respublikaçı konqresmen Maykl Makkolun sözlərinə görə, "USMCA" ölkə iqtisadiyyətinin möhkəmləndirilməsi və yeni iş yerlərinin açılması üçün "Amerika xalqının böyük qələbə"si deməkdir.

Şimali Amerika Azad Ticarət Sazişinin müddəalarına yenidən baxılması işləri 2017-ci ildə başlanıb və bir sıra qarşıdurmalarla müşayət olunub. Bura həmçinin ABŞ-ın Kanada və Meksikadan gələn mallara Donald Trampın administrasiyası tərəfindən tətbiq ediləcək rüsümlar xəbərdarlıqlarıda daxildir.

Yeni normaların qüvvəyə minməsi 2020-ci ilin iun ayında gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.